• office@soyqirim.az
  • (023)335-37-07
ELAN / 15 January, 2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir.
Könüllü fəaliyyəti haqqında müvafiq Sərəncama uyğun olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” tərəfindən 18-29 yaşlı, tələbə və ya ali təhsilli, istedadlı, xarici dil bacarıqları olan (ingilis və digər), kreativ düşüncəli, fəal ictimaiyyətçi gənclər Kompleksdə təşkil olunacaq Könüllülük proqramında iştiraka dəvət edilir.
Təşkil olunacaq proqramı uğurla başa vuran gənclərə Kompleksin rəhbərliyi tərəfindən sertifikatlar təqdim ediləcək və xüsusi fərqlənən gənclər Kompleksin ehtiyat kadrları kimi qeydiyyata alınacaqdır.

Maraqlananlar Kompleksin Elmi Şöbəsinə müraciət edə bilərlər.

Paylaş

Spread the love