fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Quba komissiyası

Soyqırımı Memorial Kompleksinin muzeyində yer alan 1918-ci ildə Quba qəzasında törədilmiş soyqırımı faktlarının qısa təfsilatı və bu hadisələrin canlı şahidlərinin fotoşəkilləri və dindirilmə protokollarını özündə əks etdirən bölmə nümayiş olunur.

15 iyul 1918–01 noyabr 1919-cu il il tarixləri ərzində Fövqəladə Təhqiqat Komissiyası tərəfindən 36 cilddən-3500 vərəqdən ibarət istintaq materiallarının 3 cildl və 451 vərəqdən ibarət sənədlər toplusunda Quba qəzasında törədilmiş soyqırımı əks etdirirdi. Fövqəladə Təhqiqat Komissiyasının üzvü Andrey Fomiç Novatski tərəfindən 1918-ci ilin aprel və may aylarında Quba şəhərində və Quba qəzasının kəndlərində kütləvi şəkildə müsəlman əhalinin qətlə yetirilməsi- soyqırımı, əmlakının talan edilməsi, evlərinin yandırılması və digər vəhşi zorakılıqlarla müşayiət olunan cinayətlər üzrə araşdırma aparılmışdır. Toplanmış sənədlər əsasında məlum olmuşdur ki, Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı isə 16 min nəfərdən çox olmuşdur. Yerli əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.

Muzeyin adi yuxarıda qeyd edilən bölməsində şahid qismində ifadə verən Hacı İsmayıl Orucov (55 yaşlı), Durna Məşədi Dadaş qızı, Hacı Hidayət Musa oğlu (60 yaşlı), Məşədi İbad Bağırov (45 yaşlı), Məmməd Əli Kəbalayi İrza oğlu (40 yaşlı), Məhəmməd Musa Məmməd oğlu və s. Quba qəza sakinlərinin fotoşəkilləri və dindirilmə protokolları yer almışdır.

--->