• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində Soyqırımı Memorial Kompleksi və Quba Regional Asan Xidmət Mərkəzinin birgə “Avropa İrs Günləri” layihəsi çərçivəsində Kompleksdə tədbir təşkil edilmişdir. / 19 Sentyabr, 2019

Quba şəhərində Soyqırımı Memorial Kompleksi və Quba Regional Asan Xidmət Mərkəzinin təşkilatçılığı ilə  “Avropa İrs Günləri” layihə çərçivəsində  19-20 sentyabr tarixlərində Kompleksdə tədbir təşkil edilmişdir.  Tədbirdə Quba Təhsil müəssisələrinin 80 nəfərdən çox şagirdi və fəal gəncləri iştirak etmişdir.

Tədbirin məqsədi gənclərdə vətənpərvərlik hissinin formalaşmasında yardımçı olmaq, birgə fəaliyyət və əməkdaşlığın, sosiallaşmasının önəmini  interaktiv metodlardan istifadə etməklə izah etməkdir.

Aşağıda adı qeyd olunan tədbirlər keçirilmişdir:

  • Kompleksin Foto, video-kompyuter mütəxəssisi Oqtay Orucovun peyzaj fotolarının çəkilməsinin təlimlərində Asan xidmət könüllüləri iştirak etmişlər.
  • Quba şəhər 2, 3, 4 nömrəli, Quba rayon Zizik və  I Nügədi kəndinin 1, 2 nömrəli tam orta məktəblərindən gələn  35 nəfərdən çox həvəskar  rəssam Kompleks ərazisində müxtəlifmövzuda  rəsmlər  canlandırmışlar. Rəsm sərgisi  üçün xüsusi  molbertlər  quraşdırılmışdır.
  • Tədbirdə yerli sənətkarların əl işləri nümayiş də olunmuşdur. Qubanın qədim xalçaları, duluzçuluq, toxuculuq sənətinə aid nümunələr Kompleksə gələn həm yerli,  həm də əcnəbi qonaqların marağına səbəb olmuşdur.
  • Daha sonra, Kompleksdə 4 saylı Humanitar məktəb-liseyinin şagirdləri “Vətənpərvərlik” mövzusunda şeirlər səsləndirmişlər.

Sonda tədbirdə fərqlənən iştirakçılara Soyqırımı Memorial Kompleksinin direktoru  Rəxşəndə  Bayramova və Quba Regional “Asan Xidmət” Mərkəzinin direktoru Elman İsayev tərəfindən sertifikatlar, hədiyyələr təqdim edilmişdir.

Paylaş

Spread the love