fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
İsrailin Azərbaycana təyin edilmiş yeni səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir. / 31 Yanvar, 2020

İsrailin Azərbaycana təyin edilmiş yeni səfiri  cənab Corc Dik Qubaya səfəri çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini də ziyarət etmişdir. Cənab səfirə erməni-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri haqqında ətraflı məlumat verilmişdir. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Məlumatlardan təsirləndiyini bildirən cənab Corc Dik Kompleksin “Xatirə Kitabı”na öz təəssüratlarını yazaraq İsrail xalqı adından Azərbaycan xalqının başına gətirilən bu ağrılara görə təsirləndiklərini və bu kimi faciəvi hadisələrin bir daha təkrarlanmayacağına ümid etdiklərini vurğulamışdır.