• office@soyqirim.az
  • (023)335-37-07
Soyqırımı Memorial Kompleksi tərəfindən “ evdəqal- tarixini öyrən!” layihəsinə start verilmişdir. / 24 Mart, 2020

XX əsrdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri barədə məlumatlandırma kompaniyasını genişləndirmək məqsədilə 24.03.2020-ci il tarixindən etibarən Soyqırımı Memorial Kompleksi tərəfindən “ evdəqal- tarixini öyrən!” layihəsinə start verilmişdir. İctimaiyyətin xüsusilə kitabsevərlərin diqqətini Soyqırımı hadisələrinə cəlb etmək məqsədilə layihə çərçivəsində soyqırım.az saytında və facebook səhifələrimizdə soyqırımı hadisələrinin tarixinə dair kitabların elektron nümunələri Sizlərə təqdim olunacaqdır.
Layihə çərçivəsində ilk olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gəlmiş Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin tərtibçisi olduğu “ Quba. Аprel-may 1918 ci il. Müsəlman qırğınları sənədlərdə. B.: 2010, 552 s.” adlı arxiv materialları əsasında sistemləşdirilmiş kitab 3 dildə (azərbaycan,rus və ingilis) Sizlərə təqdim olunur. Sənədlər toplusu soyqırımı hadisələrinin öyrənilməsində əvəzsiz mənbədir.
Bu kitabda Quba qəzasında 1918-ci ildə ermənilərin həyata keçirdikləri soyqırımına dair Fövqəladə Təhqiqat Komissiyasının materialları toplanaraq sistemləşdirilmişdir. Topluda yer almış sənədlər müsəlman əhalisinin kütləvi soyqırımının xronologiyası, faciənin qurbanlarının və zərərçəkmişlərin adlarını, dəqiq sayını, dəymiş ziyanın miqdarını, dağıdılmış və yandırılmış yaşayış məntəqlərinin adlarını və sayını müəyyənləşdirməyə imkan verir.

https://heydar-aliyev-foundation.org/uploads/pdfviewers/pdfviewer_330/index.html