• office@soyqirim.az
  • (023)335-37-07
#evdəqal #elmdənqalma Maarifləndirici seminarlarımız davam edir / 24 Aprel, 2020

Aprelin 23-də keçirilən növbəti seminar “Azərbaycanda multikultural dəyərlər, etniklərin tarixi” mövzusuna həsr olundu.
Quba Soyqırımı Kompleksi direktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları İradə Əliyeva, Nərminə Əmirbəyova və tarix üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev məruzələrlə çıxış etdilər.
Seminarda ölkəmizdəki multikultural mühit, xalqımızın tarixdən gələn ənənələri və etniklərə mehriban qardaşlıq münasibətlərindən danışıldı.
Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.

Paylaş

Spread the love