• office@soyqirim.az
  • (023)335-37-07
Əziz izləyicilər! “Soyqırımlar insanlığa-bəşəriyyətə qarşı cinayətlərdir” layihəsi çərçivəsində Afrikada Ruanda soyqırımı haqqında qısa məlumatı Sizlərə təqdim edirik:

İnsan təlafatının miqyasına görə ən faciəli soyqırımlardan biri 1994-cü ildə Ruandada yaşanmışdır. Belə ki, 6 aprel 1994-cü ilin aprel aında ölkənin prezidenti Juvenal Habyarimanın təyyarəsinin qəzaya uğraması Tutsi xalqının kütləvi soyqırımına səbəb oldu.
Hutu xalqının nümayəndələri Ruandada yaşayan Tutsi xalqına qarşı silahlanaraq həmyerlilərini, qonşularını, hətta dostlarını belə məhv edərək kütləvi qətillər törətmişlər. Minlərlə dinc sakin faciəvi şəkildə öldürüldü, hətta Sovu monastırında dini bina olmasına baxmayaraq xilas ola bilməyən 7 min əlil Tutsi yandırıldı. Ruanda bir neçə ay içində yer üzündə cəhənnəmə çevrildi. Cəmi bir ay yarım ərzində soyqırımın ən aktiv mərhələsində müxtəlif hesablamalara görə Ruandada 500 mindən 1 milyona qədər insan məhv edildi. Kabus, müxtəlif beynəlxalq təşkilatların və BMT-nin sülhməramlı kontingentinin gözü qarşısında baş verdi. Daha sonralar bu soyqırımı BMT tərəfindən tanındı. Beləki hər il 7 aprel tarixi BMT tərəfindən Ruanda Soyqırımının beynəlxalq anım günü kimi təsdiq olundu. 100 minlərlə qətlə yetirilmiş faciə qurbanlarının xatirəsinə Ruandanın Kiqali şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilmiş və hər il 7 aprel soyqırımı bu Kompleksdə anım günü qeyd edilir.

Paylaş

Spread the love