fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Mədəni irsimizin incilərindən-Azərbaycan xalçası Bu gün Azərbaycanda sənətkar xalçaçıların peşə bayramıdır. Bu münasibət ilə ölkəmizin bütün xalça sənətkarlarını və bu sahədə çalışan insanları təbrik edirik. / 5 May, 2020

Azərbaycanın zəngin orlamentli xalçaları dünyada məşhurdur. Beləki dünyada mövcud olan 4 xalça qrupundan biri Azərbaycan xalça qrupudur ki, öz kompozisiya zənginliyi ilə digərlərindən fərqlənir. Xüsusilə Azərbaycan xalça qrupuna daxil olan Quba-Şirvan xalçaçılıq məktəbinə aid xalçalarda toxunduğu yerin təbiəti, qədimdən bəri burada yaşayan insanların tarixi, mədəniyyəti, inanc və etiqadları müxtəlif formalarda o cümlədən totem və simvollar şəklində əks olunmuşdur. Bu səbəbdən Azərbaycan xalçaları tək incəsənət nümunəsi kimi yox, həmçinin tarixi bir dəyər kimi qiymətləndirilir.
2010 cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçası bu mötəbər qurumun mədəni irs siyahısına daxil edilmişdir.