fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Əziz izləyicilər! "Soyqırımları insanlığa-bəşəriyyətə qarşı cinayətdir" layihəsi çərçivəsində Kombocada baş vermiş soyqırımı barədə qısa məlumatı Sizlərə təqdim edirik.

Bu soyqırımı cinayəti 1975-1979-cu illərdə Pol Pot hakimiyyəti dövründə ‘Qırmızı Xmerlər’ hərəkatının üzvləri tərəfindən törədilmiş dünya tarixinin ən qorxunc hadisələrindən biridir. Mao Tsze-dunu özlərinin idealı hesab edən “qırmızı xmerlər” “Kamboca tipli sosializm” qurmaq planını həyata keçirmək yolunda əsasən təhsilli və ixtisaslı 3 mln nəfər vətəndaşı məhv etmişlər. Ölkəni böyük bir həbs düşərgəsinə çevrmiş “qırmızı xmerlər” ağlagəlməz vəhşiliklər törətmişlər.
Pol Potun ‘sosializm qurmaq” planına uyğun olaraq bütün şəhərlər dağıdılmış, sənaye obyektləri və digər infrastruktur məhv edilmişdir. Pol Pot üçün heç bir şeyin, hətta insan həyatının dəyəri yox idi. Gülləyə qənaət etmək naminə insanları yaba, bel, yaxud başqa küt alətlər ilə öldürmüş, soyuqda dondurmuş və hər cür işgəncələrə məruz qoymuşdur. Qırmızı xmer terroru mahiyyət etibarilə digər kommunist ölkələrində baş vermiş terrorlarla oxşar olsa da, forma baxımdan daha dəhşətli və daha amansız olmuşdur. Pol Pot və onun kommunist dəstələri ölkədə diktatorluq yaratmış və yeni konstitusiyaya görə 1976-cı ildə krallıq ləğv edilmiş, aprel ayında isə N.Sianuk Xalq nümayəndələri məclisində istefaya göndərilmişdir.
Dörd il davam etmiş bu qanlı soyqırım Kamboca əhalisinin dörddə birini məhv etmişdir. Bu qanlı hadisə Vyetnamın ölkəyə girişi və Qırmızı Xmer ordusunu məğlub etməsi ilə sona çatmışdır. Demək olar ki, ölkədə yaşlı insan yoxdur, sağ qalanlar isə soyqırımın şahidləridir. Qırmızı Xmerlərin işgəncə məkanı soyqırımdan sonra muzeyə çevrilmişdır və bu kompleksi gün ərzində təxminən 500 insan ziyarət edir.