fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Erməni vəhşiliklərinin əyani sübutu.

Quba məzarlığı 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən aşkarlanmışdır.Bundan sonra Azərbaycan Milli Erlmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ərazidə tədqiqat işləri aparılmışdır. Tədqiqatlar zamanı məzarlıqda aşkarlanan insan sümüklərinin  1918-ci ildə erməni daşnakları tərəfindən qətlə yetirilmiş insanlara aid olduğu və öldürülən insanların xüsusi amansızlıqla, küt alətlərlə  qətlə yetirildiyi müəyyən edilmişdir. Belə ki, məzarlıqda aşkarlanan  kəllə sümüklərinə sancilmiş mismarlar erməni vəhşilikərinin dəlilləri kimi Kompleksin muzeyində qorunub saxlanılır. Bundan əlavə  muzeydə 1918-ci il soyqirimlarında istifadə edilən silahlar da nümayiş olunur.