fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
1918-cı ildə erməni daşnaklara qarşı yerli müqavimət hərəkatında mübarizə aparmış fəal döyüşçü Hüseyn Musayev
1879-cu ildə Şamaxı şəhərində anadan olmuş Hüseyn Məmməd oğlu Musayev 1917-1918-ci illərdə erməni daşnaklarının Quba qəzasında törətdikləri soyqırımının canlı şahidi olmuşdur. O, “Qanlı dərə”də Hamazaspın quldur dəstələrinə qarşı qəhrəmancasına döyüşənlərdən biri idi.
1911-1921-ci illərdə Quba qəzasının Qusar nahiyəsində yaşamış və fəaliyyət göstərmiş Hüseyn Musayev həmin dövrdə nahiyənin Ukur və Həzrə kəndlərində 2 sinifli məktəblər tikdirmiş, Əliməmməd Mustafayev və Cavad Axundzadə kimi məşhur ziyalılarla birlikdə həmin məktəbdə müəllim işləmişdir. 1921-1924-cü illərdə Quba Qəzası Xalq Maarif Şöbəsinə rəhbərlik edən Hüseyn Musayevin burada məktəblər şəbəkəsinin və savadsızlığın ləğvi kurslarının təşkilində böyük rolu olmuşdur. 1921-ci ildə Quba qəzası nümayəndələrindən biri kimi V.İ.Leninin qəbulunda olmuş Hüseyn Musayev 1918-ci ildə erməni daşnaklarının Qubada törətdikləri soyqırımları barədə bolşevik rəhbərinə ətraflı məlumat vermişdir. Qasım İsmayılov və yoldaşları Hüseyn Musayevin bu cəsarətinə heyran qalmışlar. (Mənbə: Müzəffər Məlikməmmədov”Qanlı Dərə” kitabı.səh. 242 )