• office@soyqirim.az
  • (023)335-37-07
Murtuza Axundzadə
Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olmuşdur. O, Qubada seçilən və fəallığı ilə tanınan ziyalılardan biri olmuşdur. Buna görə də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər.
Murtuza bəy Axundzadə “Müsavat”fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən biri olmuşdur. Bu zaman onun 41 yaşı vardı.
Məlum olduğu kimi 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə təhvil vermişdir. Bundan sonra bolşeviklər heç bir şərtə əməl etməmişdir.Belə ki, yeni yaradılan Sovet hakimiyyəti Xalq Cumpuriyyətinə mənsub insanları təqib etməyə, qətlə yetirməyə başlamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla ölkəni tərk edir, ya da müxtəlif yollarla bolşevik-daşnaklar tərəfindən məhv edilirdilər.
Bu zamanda suiqəsd və gülllələnmələr sanki həyat tərzinə çevrilmişdir. Dövrün ziyalılarının bir çoxu Nargin adasında “xalq düşməni” damğası ilə güllələnmişlər.
Tarixin şərəfli salnaməsinə adını yazdıran fədakar ziyalılardan biri də 1920-ci ildə “xalq düşməni” kimi güllələnən Murtuza bəy Muxtarov idi. Yalnız 72 il sonra Murtuza bəy bəraət hökmünü almışdır.

Paylaş

Spread the love