• office@soyqirim.az
  • (023)335-37-07
1918-ci il Soyqırımları zamanı yerli müqavimət hərəkatında mübarizə aparmış qəhrəmanlar: TAHİR QASIMOV

 

1918-ci ildə Quba qəzasının nahiyyəsi olan Siyəzənin Səadan kəndindən olan Tahir Qasımov iki qardaşı ilə birgə kənd cavanlarından ibarət dəstə yaradaraq erməni daşnaklarına qarşı silahlı müqavimət göstərməyi qərara almışdı. O və dəstəsi ilk olaraq hələ Hamazasp gəlməmişdən öncə Gelovaniya qarşı mübarizədə fərqlənmişdir. Quba qəzasının mərkəzi Quba şəhərinə gələn yol üzərində yerləşən Sədan kəndinə 1918-ci ilin aprelin 15-də güclü leysan yağışın yağmasına baxmayaraq, bolşevik adı ilə erməni daşnakları daxil olaraq döyüşə başlamışlar.
Çətin hava şəraitinə baxmayaraq Tahir Qasımov və onun döyüşçü dəstəsi düşmənə qarşı əlverişli mövqe tutaraq igidliklə vuruşmuş və düşmənin 100-dən çox əsgərini məhv etmişdir. Neçə saatlıq döyüsdən sonra məğlub olub geri çəkilən erməni daşnakları bu kəndin qazmaları olan Mükül kəndindən çıxarkən əhalisini qətlə yetirməyə, evlərini yandırmağa nail olmuşlar. Bunu eşidən Tahir Qasımov dəstəsi ilə birlikdə Müküle gələrək bu döyüşdə də daşnakların 30-dan çox əsgərini məhv etmişdir. İtkilər verən düşmən geri çəkilməyə məcbur olmuşdur. Cəsurluğu ilə seçilən Tahir Oasimov sonradan 4 il türk ordusunda qulluq etmişdir.
Qeyd: Məlumatların bir qismi Müzəffər Məlikməmmədov”Qanlı Dərə” kitabından götürülmüşdür.

Paylaş

Spread the love