fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün

6 fevral 1905-ci il tarixində Bakıda erməni-daşnak silahlı dəstələrinin müsəlman əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib və erməni silahlı dəstələri mindən çox müsəlman-türkü qətlə yetiriblər. Bakıda bir müddət hərbi vəziyyət elan edilib, lakin erməni silahlı qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları fasilələrlə sonrakı dövrdə də (1907-ci ilədək) davam edib.