• office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün D.Gelovaninin Qubaya gəlişi ( aprel 1918)

1918-ci ilin aprelində Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında hakimiyyəti ələ keçirmək üçun əslən gürcü menşevik David Gelovani 200-ə yaxın silahlı əsgərlə (ermənilərdən ibarət) Qubaya göndərilir. Burada özünü Quba Qəza Komissarı elan edən D.Gelovani yerli əhaliyə bolşevik hakimiyyətini tanımaq üçün 2 saat vaxt verir və çarəsiz qalan şəhər idarəetməsi bu təkliflə razılaşırlar. Qəzaya gələn kimi ilk növbədə D.Gelovani yerli camaatın tərksilah, edib həbsxanada saxladıqları quldur iki yüzdən artıq ermənini azadlığa buraxdırır. Gelovanının dəstə üzvləri və azadlığa çıxmış ermənilər tərəfindən şəhərdə yerli sakinlərə qarşı quldurluq, sui qəsd halları artır. Bolşevizm adı ilə qəzada baş verən bu vəhşilikləri görən yerli sakinlər bir neçə gün sonra dəstələr təşkil edir və yerli müqavimət hərəkatına başlanılır. Qədim təqvimlə 9-11 aprel / 19-23 apreldə tarixdə “3 günlük döyüşlər” kimi qalmış bu mübarizədə Gelovanı və onun silahli dəstələri Quba qəzasından qovulur. Şəhərdən çıxarkən, o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar tərəfindən döyüşlərdə bir xeyli erməni quldur məhv edilir. Qəzada yenə əmin amanlıq bərqərar olur. Lakin qubalılar bir qədər sonra may ayının 1-də yaşadıqları diyara daha bətər cəllad Hamazaspın rəhbərliyi ilə daşnak ermənilərdən ibarət qoşunun gələcəyindən və 9 gün ərzində soyqırımı törədiləcəyindən xəbərsiz idilər.

Paylaş

Spread the love