fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün. 1920-ci il 27 apreldə qırmızı ordunun zirehli qatarları Samur çayını keçərək dövlət sərhəddini pozmuş və 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmışlar

İşğal nəticəsində Azəraycanda sovet hakimiyyəti qurulmuş, az sonra Cümhuriyyətin görkəmli nümayəndələri təqiblərə məruz qalaraq çoxları mühacirət etməyə məcbur olmuş, bir coxları isə ya sürgün edilmiş ya da qətlə yetirilmişdir. Bu vətən tariximizin ən ağrılı səhifələrindən biridir. Bütun keşməkeşlərə baxmayaraq cəsur Azərbaycan xalqı 1991-ci ildə yenidən öz azadlığına ,ölkəsinin müstəqilliyinə nail olmuş və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının yarandığını bütün dünyaya bəyan etmişdir.
Foto-şəkil: Qızıl Ordunun hərbi hissələrinin Bakıya daxil olduğu zaman.