• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev, Türkiyə Cümhuriyyətinin Təhsil naziri cənab Ziya Selçuk, Türkiyənin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı və digər rəsmi şəxslər Quba rayonunda səfərdə olublar. / 28 May, 2021
Səfər çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni də ziyarət edən qonaqlar İlk öncə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş , daha sonra Kompleksin muzeyi ilə tanış olmuşlar. Rəsmi qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan cinayət əməlləri -soyqırımı haqqında ətraflı məlumat verilmişdir.
Sonda gələn ziyarətçilərə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edilmişdir.
 

Paylaş

Spread the love