• office@soyqirim.az
  • (023)335-37-07
Elan: 10-11 sentyabr 2021-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə keçiriləcək Beynəlxalq Simpoziumda iştirak etmək istəyənlərin nəzərinə / 20 İyul, 2021

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası”kafedrasının birgə təşkilatçılığı ilə
XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri
Bakının erməni – daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş
beynəlxalq simpozium
Quba, 10-11 sentyabr 2021
Beynəlxalq simpoziuma elm adamları-araşdırma institutları və qurumlarının, ali təhsil ocaqlarının əməkdaşları, innovativ qrupların və birliklərin nümayəndələri, müəllimlər, magistr və doktorantlar dəvət edilirlər.
Simpoziumda aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:
– Türk-müsəlman əhalisinin ermənilər tərəfindən soyqırıma məruz qalması;
– 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi;
– Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun formalaşmasında Türkiyənin rolu;
– Azərbaycanın dövlət müstəqilliyinin bərpası və Türkiyə Cümhuriyyəti ilə münasibətlər;
– İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Zəfəri və Türkiyə Cümhuriyyətinin dəstəyi.
Yol xərci və müvəqqəti yaşayış yeri təminatı iştirakçıya aiddir. Təşkilat komitəsi otel rezervasiyaları üçün köməklik göstərə bilər. Beynəlxalq simpoziumun materiallarının çap edilməsi nəzərdə tutulur.
Beynəlxalq simpoziumda iştirak edə bilmək üçün aşağıdakı şərtlərə uyğun olaraq müraciət formu və xülasələri təşkilat komitəsinin History.conference@adpu.edu.azelektron poçtuna, mövzu yerinə “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” başlığını yazaraq göndərilməlidir. Göndəriləcək fayllarda müəllifin adı olmalıdır. Məs: Mamedov_article, Mamedov_application. Komitə, konfransın təyin etdiyi problematika əsasında iştirakçıları seçmə hüququna malikdir.
Müraciət və məqalələrin qəbulu 15 avqust 2021-ci ilə qədər davam edəcək. Təşkilat komitəsi, simpozium materialları arasında çap ediləcək məqalələri seçmə hüququna malikdir.
Xülasə və tam mətndə aşağıdakı qaydalara riayət etmək tələb olunur:
Məqalədən əvvəl solda-УДК, DOİ; sağda- müəllifin soyadı, adı və ata adı(tam); işlədiyi qurumun tam adı(ölkə və şəhər daxil), elmi ünvanı/dərəcəsi, varsa elmi adı, işlədiyi vəzifə, elektron poçtu, telefon nömrəsi yazılmalıdır.
Məqalənin başlığı böyük hərflərlə və ortadan yazılmalıdır. Məqalənin həcmi 8 səhifədən çox olmamalıdır.
Başlıqdan sonra orijinal dildə və ingilis dilində xülasə (maksimum 300 söz) və açar sözlər (maksimum 5-6 söz/ifadə) və istifadə edilmiş ədəbiyyat siyahısı (ən az beş əsas ədəbiyyat) olmalıdır.
Mətn elektron variantda hazırlanmalı və elektron poçtla göndərilməlidir. Səhifə quruluşu:
Microsoft Word (A4), Times New Roman, şrift-14, aralıq 1.5, paraqraf 1.25 cm; səhifə parametrləri: üst və alt kənar boşluqları-2 cm; sol-3 cm; sağ-1.5 cm; İstinadlar böyük mötərizədə [1] və ya səhifələri göstərilən böyük mötərizədə [1, s. 21] verilməli, arxiv materialları- sənəd nömrəsi [1, s. 3] ilə göstərilməlidir.
Ardından ingilis dilində bu məlumatlar yazılmalıdır: soyad, ad, ata adı, iş yeri (ölkə və şəhər daxil); başlıq, xülasə və açar sözlər.
İstifadə olunmuş ədəbiyyat: əlifbaya görə sıralanmalı; müəllifin soyadı, adı (ata adı-varsa), müəllif və müəlliflərin adları italik yazılmalıdır. Arxiv sənədlərinin adları qısaldılmalıdır(ilk istinadda sənədin tam adı verilməlidir).
İstinadlar, ədəbiyyat siyahısındakı sıra nömrəsi və arxiv sənədində istifadə olunan səhifə/səhifəni göstərən böyük mötərizə içərisində olmalıdır: [3, s.41].
Koordinatorlar:
-Elmi məsələlər : (+99450) 301 00 44 Sevinc Əliyeva Tarix elmləri doktoru / ADPU, Ümumi tarix və TTT kafedrasının müdiri
-Təşkilatı məsələlər: (+994) 2333 5 37 07
Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova /Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru.

Paylaş

Spread the love