«Ağoğlan» qəsr kompleksi
IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə aid bu tarixi abidə Laçın rayonunun Kosalar kəndində dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.
Paylaş