• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə növbəti “Ustad dərsi” keçirilmişdir. / 13 İyun, 2023

Soyqırımı Memorial Kompleksində “15 iyun Qurtuluş Günü”nə həsr olunmuş əməkdaşların maarifləndırılməsi məqsədi ilə növbəti ustad dərsi keçirilmişdir.

         Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının müəllimi, əməkdar Mədəniyyət işçisi Elza Orucova “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda məruzəsi ilə çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

Paylaş

Spread the love