Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin iştirakçıları Quba şəhərində "Soyqırım Memorial Kompleksi"ni ziyarət ediblər. Ziyarətçilərə 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Qubada və ətraf ərazilərdə törədilmiş soyqırım hadisələri, kütləvi məzarlıqlar və memorial kompleksdə sərgilənən tarixi eksponatlar haqqında ətraflı məlumat verilib. / 4 İyul, 2025
Paylaş