• office@soyqirim.az
  • (023)335-37-07
FHN işçilərinin Həmkarlar İttifaqı Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə elmi-praktik konfrans keçirmişdir / 6 Aprel, 2018

  06.04.2018- ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən  Nazirliyin qurumlarında fəaliyyət gostərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə ziyarəti təşkil edilmişdir.  Ziyarətçilər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan xatirə abidəsini ziyarət edərək qərənfillər qoymuşlar. Daha sonra Memorial Kompleksinin zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə respublikanın gənc alim və tədqiqatçılarının iştirakı ilə “Azərbaycanlıların soyqırımı – 100 il” mövzusunda elmi-pratik konfrans keçirilmişdir. Konfransın sonunda gənc alim və tədqiqatçılara o cümlədən Kompleksin direktoru Rəxşəndə Bayramovaya elmi işlərindəki nəaliyyətlərə görə mükafatlar təqdim olundu.

Paylaş

Spread the love