• qsmk@soyqirim.az
  • (023)336-37-07
Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Qubaya səfər edib. Səfər çərçivəsində cənab səfir Soyqırımı Memorial Kompleksini ziyarət edib. / 19 İyul, 2025

Səfir Birol Akgünə 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən kütləvi məzarlığın aşkarlandığı bildirilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 500-dən çox insan qalıqları aşkar edilib. Sonda cənab səfir Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazmışdır.

Paylaş

Spread the love