28.03.2018-ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”ndə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar keçirilmiş rəsm sərgisi və şer müsabiqəsində iştirak edən şagirdlər, 09.04.2018-ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyi tərəfindən mükafatlandırıldılar. Şagirdər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan xatirə abidəni ziyarət etmişlər. Daha sonra Rayon Təhsil şöbəsinin metodisti Mehparə Rüstəmova müəllim və şagirdləri salamlayaraq, belə tarixi məzmunlu tədbirlərin əhəmiyyətindən bəhs etdi. Sonda Kompleksin direktoru Rəxşəndə Bayramova istedadlı şagirdlərə diplom, tərifnamələr və hədiyyələr təqdim edərək valideynlərə, müəllimlərə öz təşəkkürünü bildirdi və işlərində uğurlar arzuladı.