• office@soyqirim.az
  • (023)335-37-07
18.04.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edildi. / 18 Aprel, 2018

18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir. Hər il olduğu kimi bu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Memorial Kompleksdə qeyd edilmişdir. Kompleksə gələn yerli və əcnəbi ziyarətçilərə soyqırımla bağlı məlumatlardan əlavə müxtəlif  sərgilər nümayiş edilmişdir. Sonda qonaqlara hədiyyə olaraq  kitab və bukletlər təqdim olunmuşdur.

 

Paylaş

Spread the love