• qsmk@soyqirim.az
  • (023)336-37-07
Unudulmaz faciə – 31 mart soyqırımı” mövzusunda dəyirmi masa keçirilib. Bakı Şəhər Mədədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 Mart– Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq ”Unudulmaz faciə–31 mart soyqırımı” mövzusunda dəyirmi masa keçirilib. / 31 Mart, 2026
Dəyirmi masada Quba “Soyqırımı Memorial Kompleksi” nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Bakı Hərbi Kollecinin və Bakı Qızlar Universitetinin müəllimi, BDU-nun doktorantı Tural Vəlizadə, AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Rasim Mirzəyev, Yasamal rayon Əmək, Müharibə, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları veteranları şurasının sədri Vaqif Məmmədov, Bakı Qızlar Universitetinin və Baki Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Öncə qonaqlar Mərkəzin foyesində 31 mart soyqırımına həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 31 mart soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Mərkəzin baş fond mühafizi Nigar Hüseynova giriş nitqi ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanının tarixi əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, məhz bu fərmanla 31 mart tarixi dövlət səviyyəsində “Azərbaycanlıların Soyqırımı Günü” kimi elan edilib və faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Məruzəçilər Sübhan Talıblı, Həsən Səfəri, Rasim Mirzəyev və Tural Vəlizadə 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və Qarabağda törədilən kütləvi qırğınlar barədə geniş məlumat veriblər. Çıxışlarda Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlər arxiv sənədləri və tarixi dəlillərlə əsaslandırılıb.
Tədbirin sonunda mövzuya həsr olunmuş “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film nümayiş etdirilib.

Paylaş

Spread the love