• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhəri “ Soyqırımı Memorial Kompleksi”ndə 2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində Qusar şəhər 6 N-li tam orta məktəbində tədbir keçirildi. / 22 Fevral, 2019

2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində 2019-cu ilin yanvar ayından etibarən Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü və Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici silsilə tədbirlərin keçirilməsinə start verilmişdir. Layihə çərçivəsində ilk tədbir 22.02.2019-cu il tarixində Akademik Tofiq İsmayılov adına Qusar şəhər 6 N-li tam orta məktəbində rayon təhsil şöbəsinin əməkdaşları, həmin məktəbin rəhbərliyi eləcə də müəllim və şagird kollektivinin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə Kompleksinin əməkdaşları “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” şüarı altında çıxışlar etmişlər. Məruzə ilə çıxış edən Kompleksin Elmi şöbəsinin müdiri L.Beybutova vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin əhəmiyyətindən danışaraq, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarını, tarixihəqiqətləri şagirdlərin nəzərinə çatdırdı. Məktəbin tarix müəllimi İ. Xasmətova cıxış edərək Kompleks rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirmiş, belə tədbirlərin keçirilməsinin tədqirəlayiq olduğunu, 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin çox çətin bir şəraitdə fəaliyyət göstərdiyini və bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir çox məsələlərin həll olunduğunu, siyasi və sosial-iqtisadi sahələrdə islahatların həyata keçirildiyini qeyd etdi. Daha sonra Kompleksin mütəxəssisləri A.Turabov, E. Ulubəyov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni vandallarının Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlıqdan uzaq cinayətləri barədə şagirdlərə ətraflı məlumat verdilər. Tədbirin gedişatında şagirdlər mövzu ilə bağlı onları maraqlandıran sualları səsləndirərək Kompleksin əməkdaşları tərəfindən maarifləndirilmişlər . Sonda məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.

 

 

Paylaş

Spread the love