• office@soyqirim.az
  • (023)335-37-07
“31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində Qusar şəhər 1№li tam orta məktəbində tədbir keçirildi. / 25 Fevral, 2019

 

Ümumtəhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan “31 Mart Azərbaycanlıların soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 23.02.2019-cu il tarixində Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1№ li tam orta məktəbinin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivinin iştirakı ilə “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” şüarı altında tədbir təşkil edilmişdir.
Məruzə ilə çıxış edən Kompleksin Elmi şöbəsinin müdiri L.Beybutova təşkil olunan layihənin əhəmiyyətindən danışaraq, 1918-ci il azərbaycanlıların soyqırımı haqqında ictimaiyyətin, xüsusən gənclərin maarifləndirilməsinin vacibliyindən, gənclərimizin beynəlxalq tədbirlərdə erməni yalanına cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmaları və ən vacibi isə onlar arasında tarixi keçmişimizə hörmət hisslərini aşılayıb, faciələrimizin unudulmamasının vacibliyini qeyd etdi.
Məktəbin direktoru A.Xəlilov Kompleksin əməkdaşlarını salamlayaraq reallaşan tədbirin mühüm addım olduğunu bildirərək, bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladı.
Daha sonra Kompleksin mütəxəssisləri A.Turabov, Ü. Zeynalova çıxış edərək 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq haqqında, 2009-cu ildə Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən Kompleksin tikilib istifadəyə verilməsi və rəsmi ziyarətçiləri barədə ətraflı məlumat verdilər.
Tədbirdə şagirdlər oz fəalliqları ilə, xüsusilə X sinif şagirdi E. Abdullayev daha məzmunlu fikirləri ilə diqqəti cəlb etdi. Sonda məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.

Paylaş

Spread the love