Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Tarixi filmlər layihəsi çərçivəsində 25.02.201-ci il tarixində 26 Fevral Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Quba şəhər Hikmət Hüseynov adına 4 №-li tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə ədəbi- bədii kompozisiya və film nümayişi təşkil edilmişdir.
Giriş sözü ilə çixiş edən kompleksin direktoru Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq, Xocalı soyqırımının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımı olduğunu və XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlara məruz qalması, soyqırımları haqqında ətraflı məlumat vermişdir. Çıxış edən digər natiqlərdə Xocalı Soyqırımı barədə öz fikirlərini bildirmişlər.
Məktəbin fəal şagirdləri Xocalı mövzusunda çıxışlar edərək Vətənpərvərlik mövzusunda şerlər səsləndirmişlər. Sonda ənənəvi olaraq sənədli film nümayiş olunmuşdu.