Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərədə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023-cü illər ) adlı layihəyə əsasən silsilə tədbirlərin davamı olaraq növbəti tədbir 02.03.2019-cu il tarixində Elxan Güləliyev adına Qusar şəhər 2 № li tam orta məktəbində təşkil olunmuşdur. “Tarixi Yaddaşımız!” mövzusunda təşkil olunan tədbirdə məktəbin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivi iştirak etmişdir.
Giriş sözü ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva soyqırımının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildiyini və bu ərazilərdə dinc əhalinin kütləvi surətdə qətlə yetirilərək kəndlərin yandırılılması, milli mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsi haqqında ətarflı məlumat vermişdir.
Daha sonra Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyaları həyata keçirdiklərini xüsusilə qeyd etmişdir.
Məktəbin direktoru Dilşad Şinqarova təşkil olunan tədbirin əhəmiyyətindən danışaraq bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu vurğulamışdır.
Şagirdlərin Soyqırımı hadisələri ilə bağlı suallarına və onları maraqlandıran məsələlərə ətraflı münasibət bildirən Kompleks əməkdaşları məktəbliləri Soyqırımı Memorial Kompleksinə dəvət etmişlər. Tədbir çərçivəsində iştirakçılar üçün Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş edilmiş və sonda məktəbin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.