Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Masallı, Biləsuvar , Cəlilabad , Salyan, Hacıqabul, Zəngilan, Xocavənd, Cəbrayıl və Şuşa məktəbliləri Qubaya səfər ediblər. Səfər çərçivəsində aksiya iştirakçıları 24.03.2019-25.03.2019 cu il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin əməkdaşları məktəbliləri salamlayaraq, 1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlığa sığmayan bəşəri cinayətləri haqqında ətraflı məlumat vermişlər.