• office@soyqirim.az
  • (023)335-37-07
"Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur

Xudafərin körpüləri
Cəbrayıl rayonunun ərazisində yerləşən, Yaxın və Orta Şərq regionunun ən əzəmətli və məşhur körpülərindən sayılan Xudafərin körpüləri Azərbaycanın unikal tarixi- mədəni abidələrindəndir.
1027-ci ildə Azərbaycan ərazisində, paytaxtı Gəncə olan Şəddadilər dövlətinin başçısı Fəzl İbn Məhəmmədin sifarişi ilə Araz çayı üzərində Şimali və Cənubi Azərbaycanı birləşdirmək məqsədi ilə ilkin olaraq 11 tağlı körpü tikilmiş, daha sonra isə XIII əsrdə 15 tağlı Xudafərin körpüsü inşa edilmişdir.
Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsü II Qarabağ savaşında parlaq qələbələrə imza atan müzəffər ordumuz
tərəfindən düz 27 il sonra öz sahiblərinə geri qaytarılmışdır. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazılmışdır.

Paylaş

Spread the love