M.X.Təkinski Cümhuriyyət dövründə müxtəlif vəzifələrdə Azərbaycan dövlətinə və xalqına layiqincə xidmət etmiş şəxslərdən biri olmuşdur. O, Cənubi Qafqazda azğın erməni-daşnak qüvvələrinin dinc müsəlman əhalisinə qarşı törətdikləri zorakılıq və vəhşiliklərin tədqiq edilməsi üçün Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Tədqiqat Komissiyasının (iyul-dekabr) üzvü olmuşdur. Məmməd Xan Təkinski 1919-cu il yanvarın sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdir. M.X. Təkinskinin milli mənafelərin müdafiəsinə yönəlmiş fəal diplomatik mövqeyindən narazı qalmış Ermənistanın daşnak hökuməti onun geri çağrılmasına nail olmuşdur. M.X.Təkinski geri çağırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 11 oktyabr 1919-cu il tarixli qərarı ilə Xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmiş və Azərbaycan sovetləşdirilənədək bu vəzifəni icra ermişdir.