03.10.2016 ci ildə Azərbaycan Mətbuat şurasının sədr müavini Ayaz Mirzəyev Litavalı tarixçi alim Alqimantas Liyekis Kompleksi ziyarət etmişlər. Litvali alim “ Millətlərin Qafqaza köçünü XX əsr “ adlı kitabında ermənilərin Azərbaycan ərazilərinə və bütövlüklə Cənubi Qafqaza öncə Türkiyyə və İran ərazilərindən köçürüldüyünü əks etdirərək son 100 il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur. A.Liyekis öz kitabını Kompleksin kitabxanasına hədiyyə etmişdir.