Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.

11.10.2017-ci ildə Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər. Qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.

Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi  və digər qonaqlar  Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.

23.09.2017-ci ildə Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi, milis mayoru Doroşko Sergey İvanoviç, idarə rəisləri Nestyuk Valeri , Kraftsov Aleksandır və digər qonaqlar  Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.

Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər.

13.09.2017 ci ildə Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı qonaqlar gordüklərini sosial şəbəkələr vasitəsi ilə bir başa yayinlamışdırlar. Sonda qonaqlar xatirə kitabına təəsuratlarıni yazmişdırlar.

Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri və başqaları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

18.08.2017 ci ildə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Avrasya Ekonomik İlişkilər Dərnəyinin (EkoAvrasya) dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri və aydınları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Nəsimi rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Gənc İlhamçılar” Quba yay düşərgəsində istirahət edən məktəblilər  “Soyqırım kompleksi”nidə tədbir  keçirmişdirlər.

19.07.2017-ci ildə Nəsimi rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Gənc İlhamçılar” Quba yay düşərgəsində istirahət edən məktəblilər  “Soyqırım kompleksi”nidə tədbir  keçirmişdirlər. Məktəbliləri müşahidə edən Nəsimi RİH nin başçısının birinci müavini Gülarə   Verdiyeva Kompleks rəhbərliyinə onlara yaratdıqları şəraitə görə minnətdarlığını bildirmişdir.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, səfirliyin müşaviri Meta Pervonqo və digər rəsmilər  Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər.

02.05.2017-ci ildə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, səfirliyin müşaviri Meta Pervonqo və digər rəsmilər  Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər. İndoneziyalı qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

٣١ مارس-يوم الابادة الجماعية للآذربيجانين

1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.