UNESCO İcra Şurasının üzvü Məhəmməd Sami Əmir , Meksika Senatınin Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barron və başqaları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.

04.10.2014 cü ildə UNESCO İcra Şurasının üzvü Məhəmməd Sami Əmir , Meksika Senatınin Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barron , Azərbaycan Respublikasınin Meksikadakı  səfiri İlqar Muxtarov , Xarici İslər Nazirliyinin əməkdaşları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.

IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları proqram çərçivəsində Soyqırım kompleksində olmuşdurlar

04.10.2014 cü ildə  IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları proqram çərçivəsində Soyqırım kompleksində olmuşdurlar.Forum iştirakçılarından olan Fizika üzrə Nobel mükafatçısı Devid Qross gördüklərindən təsirlənərək bildirdi ki , bu cür dəhşətli faciələr birdə təkrarlanmamalıdır. Forumun digər iştirakçısı Kaliforniya Universitetinin professoru Yael Varsel öz çixişında demişdir : “Bura gəlməsəydim hadisələr haqqında dəqiq məlumat əldə edə bilməzdim. Gördüklərimi tələbələrimə əminliklə danışa bilərəm”.

Millət Vəkili Qənirə Paşayeva Macarıstanlı qonaqlara “Soyqırım memorial kompleksi”nin tikilmə səbəbi və tarixi haqqında geniş məlumat verdi

07.06.2014 ci ildə Millət Vəkili Qənirə Paşayeva Macarıstanlı qonaqlara “Soyqırım memorial kompleksi”nin tikilmə səbəbi və tarixi haqqında geniş məlumat verdi. O, 1918 ci ildə erməni daşnaklarının Qubada və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı törətdikləri qətliamı tarixi faktlarla qonaqların diqqətinə çatdırdı

Qafqaz Müsəlmanları İdarəsinin Seyxi Hacı Allahşükür Paşazadə və başqa qonaqlar Kütləvi məzarlıqı ziyarət etdilər

03.04.2014 ci ildə Kütləvi məzarlıqı ziyarət edən Qafqaz Müsəlmanları İdarəsinin Seyxi Hacı Allahşükür Paşazadə və digər qonaqlara, 1918 ci ildə erməni terorçuları tərəfindən qətlə yetirilmiş dinc əhaliyə qarşı törədilən vəhşiliklər  haqqında geniş məlumat verildi. Hacı Allahşükür Paşazadə müsahibəsi  zamanı bildirib ki,bu tarixi həqiqətləri geniş şəkildə dünyaya çatdırmaq olduqca vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyası , Dünya Gənc  Alimlərinin Beynəlxalq Baki Forumunun iştirakçıları “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər

30.03.2014 ci ildə Azərbaycan Milli Elmlər Akademiyası , Dünya Gənc  Alimlərinin Beynəlxalq Baki Forumunun iştirakçıları “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı memorial kompleksdə ermənilərin Qubada eləcədə Azərbaycanda törətdikləri soyqırımı faktları ilə taniş olmuşlar.

Fransali senatorlar Silvi Qoy-Şaven, Kristian Nemi , Mohamed Salehi Azərbaycana səfəri çərçivəsində Soyqırım kompleksini ziyarət etdilər

09.10.2013 cü il də Fransali senatorlar Silvi Qoy-Şaven, Kristian Nemi , Mohamed Salehi Azərbaycana səfəri çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər.Fransalı qonaqlar muzeyin önündə Soyqırım qurbanlarına xatirəsinə hörmət olaraq muzeyin önünə əklil qoymuşlar və alma ağacları əkmişlər.

Azərbaycan Respublikasının Prezidenti Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması haqqında SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti

Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması haqqında

SƏRƏNCAM

Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 167 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Quba şəhərində «Soyqırımı memorial kompleksi» yaradılsın.
  2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.
  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
  4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 Bakı şəhəri, 30 dekabr 2009-cu il

№ 673