٣١ مارس-يوم الابادة الجماعية للآذربيجانين

1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

 

Kant şəhərinin meri Erkin Abdraxmanov, şəhər Keneşinin sədri Azat Şayldabekov, Keneşin deputatlar və başqa rəsmi şəxslərdən ibarət nümayəndə heyəti  proqram çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər.  

09.10.2016-cı ildə  Quba ilə Qırğızıstanın Kant şəhəri arasında qardaşlaşma haqqında memerandum imzalanıb. Qubada səfərdə olan Kant şəhərinin meri Erkin Abdraxmanov, şəhər Keneşinin sədri Azat Şayldabekov, Keneşin deputatları və başqa rəsmi şəxslərdən ibarət nümayəndə heyəti  proqram çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər.  Qırğızıstanlı qonaqlara  soyqırım memorial kompleksi və ərazidəki kütləvi məzarlıq  və  ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilmişdir. Qonaqlar soyqırımı qurbanlarının xatirəsini ehtiramla andılar. 

Azərbaycan Mətbuat şurasının sədr müavini Ayaz Mirzəyev Litavalı tarixçi alim Alqimantas Liyekis Kompleksi ziyarət etmişlər.

03.10.2016 ci ildə Azərbaycan Mətbuat şurasının sədr müavini Ayaz Mirzəyev Litavalı tarixçi alim Alqimantas Liyekis Kompleksi ziyarət etmişlər. Litvali alim “ Millətlərin Qafqaza köçünü XX əsr “ adlı kitabında ermənilərin Azərbaycan ərazilərinə və bütövlüklə Cənubi Qafqaza  öncə Türkiyyə və İran ərazilərindən köçürüldüyünü əks etdirərək son 100 il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur. A.Liyekis öz kitabını Kompleksin kitabxanasına hədiyyə etmişdir.

ABŞ ın Qərb ştatlarından olan altı senator (Don Şuter, Ves Keller, Kalani İngiliş, Korlayl Bigey, Pam Roach, Lin Diyevs ) və digər qonaqlar “Soyqırım kompleksi”ni ziyarət etmişlər və öz təsuratlarını xatirə kitabına yazmişdılar

01.10.2016 cı ildə ABŞ ın Qərb ştatlarından olan altı senator (Don Şuter, Ves Keller, Kalani İngiliş, Korlayl Bigey, Pam Roach, Lin Diyevs ) ,  Los Angelesin yerli Dini İcmalarının rəhbərləri ( Haypin İmm , Canna Scot , Xuan Carlos Mendes , İsak Conalez, Roberta Rueda, Muhammed Han ) , “Los Angeles Times” qəzətinin İspan dilli versiyasının baş redaktoru , jurnalisti və digər qonaqlar “Soyqırım kompleksi”ni ziyarət etmişlər və öz təsuratlarını xatirə kitabına yazmişdılar

Ümumdünya Yəhudi Konqresinin Prezidenti Ronald Lauder, Konqresin vitse-prezidenti Qod Nisanov və digər qonaqlar Soyqırım kompleksində olmuşlar

13.09.2016 cı il Ümumdünya Yəhudi Konqresinin Prezidenti Ronald Lauder, Konqresin vitse-prezidenti Qod Nisanov, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev, Millət vəkili Yevda Abramov və digər qonaqlar Soyqırım kompleksində  gördüklərindən və esitdiklərindən çox təsirləndiklərini bildirdilər  və insanlığa siğmayan bu vəhşilikləri lənətlədilər.

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti cənab Herbert Vinterin , Millət Vəkili Yevda Abramov və digər qonaqlara 1918 ci ildə erməni daşnaklarının Azərbaycanın müxtəlif ərazilərində dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri haqqında məlumat verildi.

07.09.2016 cı ildə Quba Rayon İcra Hakimiyyəti rəsmiləri , İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti cənab Herbert Vinterin , Millət Vəkili Yevda Abramov və digər qonaqlara 1918 ci ildə erməni daşnaklarının Azərbaycanın müxtəlif ərazilərində dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri haqqında məlumat verildi.

٢٦ يونيو- يوم القوات المسلحة الأذربيجانية

  Azərbaycan  Silahlı   Qüvvələrinin  yaranma  tarixi  kimi  qeyd  edilən  rəsmi   bayram  ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli  fərmanı  ilə  təsis  edilmişdir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin  qərarının qəbul  edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı  Qüvvələri  günü  elan  edilmişdir. Azərbaycan  Respublikası  Prezidenti Heydər Əliyevin   22 may  1998-ci il  tarixli  Fərmanına  əsasən  həmin  fərman  qüvvədən  düşürülmüş  və 26 iyun  tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Səüdiyyə Ərəbistan krallığının Ali Baş Prokurorluq orqanlarının nümayəndələri, şahzadə Müsəid bin Abdulrəhman bin və digər qonaqlar “Soyqırım memorial kompleksi”ndə 1918 ci ildə baş verən soyqırım haqqında ətraflı məlumat aldılar.

28.04.2016 cı ildə  Quba Rayon Prokuroru Valeh Səmədov, Baş Prokuroruluğun əməkdaşları, Səüdiyyə Ərəbistan krallığının Ali Baş Prokurorluq orqanlarının nümayəndələri, şahzadə Müsəid bin Abdulrəhman bin Ayət və digər qonaqlar “Soyqırım memorial kompleksi”ndə 1918 ci ildə baş verən soyqırım haqqında ətraflı məlumat aldılar.