12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür. Hörmətlə və qürurla anırıq!

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı dövlət strategiyasının ən vacib qollarından birinə çevrildi.

 Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Ulu Öndərin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.
1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
Dövlət tərəfindən idmanın inkişafına göstərilən yüksək qayğı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurları ildən-ilə artmaqdadır.

1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı labüd fəlakətdən xilas edən, ölkənin siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymuş dahi şəxsiyyət Heydər Əliyev bu yüksəliş üçün mühüm qərarlar və tədbirlər görməyə başladı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş – “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsində dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.

Ümummilli lider Heydər Əliyev həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi barədə dəyərli fikirlərini daima xalqla bölüşmüşdür.

Ulu öndər milli dəyərlərimizlə əlaqədar 2001-ci ilin avqust bəyanatında demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən bəhrələnərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirib, gənc nəsli daha da sağlam, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.

Ordu dövlətin ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir.

Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

Qubanın meyvəçilik rayonu kimi formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə Respublikamızda, xüsüsən də Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Məhz onun təşəbbüsü ilə 1974-cü ildə “Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri” haqqında hökümət qərarının qəbul olunması Azərbaycanda bağçılıq təsərüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu. Bu qərardan sonra Respublika iqtisadiyyatının tənzimlənməsi və daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı və bir neçə il ərzində təkcə Qubada 14 min hektardan çox intensiv tipli yeni bağlar salındı. Xatırladaq ki, o vaxtadək Azərbaycanın heç bir rayonunda bu qədər intensiv tipli bağ sahəsi olmamışdır.
Ümümmilli lider keçmiş sovet respublikalarından mütəxəssisləri Qubaya dəvət etdi. 1983-1984-cü illərdə bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul toplanıldı. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə toplamağa müvəffəq oldular.
Müstəqiliyin bərpasında sonrakı ilk illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə aqrar islahatlara start veriləndə Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan 13424 hektar meyvə bağı vətəndaşların xüsusi mülkiyyətinə verildi. Hazırda Qubada17 min hektara yaxın meyvə bağı var. Bunun 13 min hektarı alma bağlarıdır.

Ölkəmizdə muzey işinin təşəkkülü və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ölkəmizdə muzey işinin təşəkkülü və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. Bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. Daha sonra 1980-ci ildə muzey işinə dair növbəti qərar Respublika Mədəniyyət Nazirliyinin Muzeylər İdarəsi, Muzey İşi üzrə Elmi-metodiki Mərkəz, Muzey Ekspozisiyalarının Bədii Tərtibatı Emalatxanası, Muzey Sərvətləri və Xatirə Əşyalarının Bədii Bərpa Mərkəzlərinin yaradılması üçün qəbul olunmuşdur.
1980-1982 ci illlərdə Respublikada 30-a yaxın muzeylə fəaliyyətə başlayan və hazırda ölkəmizin bütün bölgələrini əhatə edən Tarix-diyarşünaslıq muzeyləri məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simaların memorial-xatirə və ev muzeyləri onun iradəsi ilə yaradılmışdır.
İkinci dəfə hakimiyyətə qayıdışından sonra muzeylərin fəliyyətinə xüsusi diqqət yetirən Ümummilli lider Heydər Əliyev muzey işinin müasir prinsiplər əsasında inkişaf etdirilməsi məqsədilə 24 mart 2000-ci ildə “Muzeylər haqqında” qanun qəbul etmişdir. Bu qanun Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir. Muzeylərin qorunub saxlanılması və milli irsimizin təbliği siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan muzeyləri milli-dəyərlərimizin, milli irsimizin mühafizəsini həyata keçirir və ideoloji məkan olaraq azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir.

Azərbaycanlıların soyqırımına siyasi-hüquqi qiyməti ilk dəfə Heydər Əliyev verdi

Azərbaycan tarixinin  Heydər Əliyev dövrü, tariximizin böyük inkişaf və  möhtəşəm   quruculuq  dövrüdür. Onun  rəhbərliyi  altında  əldə  olunan   uğurların ən mühümü  məhz qurub yaratdığı  müstəqil  Azərbaycan dövlətidir. Azərbaycanda  dövlət  quruculuğu dövlətçilik,  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılması,  iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlərin  qazanılması, coşqun  bir  tərəqqi  dövrü  məhz  Heydər  Əliyevin   uzaqgörən,  qətiyyətli  siyasəti nəticəsində   yaşanmışdır.  

Ötən əsrin 90-cı ilin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqının səsinə səs verən Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini  itirmək  təhlükəsindən  xilas  edərək dövlətin dayanıqlı siyasi və  iqtisadi  inkişaf  yolunu  müəyyən  etmişdir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini  yaratmaq  imkanını  əldə  etməsi məhz  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa  qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl  qiymətini  alırdı.  Azərbaycan və ümumən Qafqazın  tarixinin  təhrif  olunması  həmin  proqramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.  “Böyük  Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni   qəsbkarları  1905-1907-ci illərdə azərbaycanlılara  qarşı  açıq  şəkildə  geniş miqyaslı qanlı aksiyalar  həyata  keçirdilər.  1918-ci ilin mart  ayından etibarən əks-inqilabçı  ünsürlərlə   mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən  ümumən   Bakı  quberniyasını  azərbaycanlılardan   təmizləmək  məqsədi  güdən  mənfur  plan  həyata  keçirilməyə  başlandı.  Böyük  dövlətlərin  yeritdikləri  imperiya  siyasətinin  icraçısı olan  ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti  yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı  milli  mənsubiyyətinə  görə  məhv  edilərək  öz ata-baba  yurdlarından  didərgin salınmışdır.  Azərbaycanın qədim  yaşayış  məskənləri xarabalığa  çevrilmişdir. Sonralar  tarixi dovr 30-cu illərin  ağir  represiyaları  ilə  müşayət  olunaraq  Azərbaycanin ziyalı genofondunun  məhvinə  nail  olunmuş,  bunun  ardınca 1948-53-cü illər  azərbaycanlıların   kütləvi  deportasiya dalğası, 80-ci illərdən başlayaraq   Dağlıq   Qarabağ  probleminin  yenidən  süni  şəkildə  qızışdırılması,  1990-cı il  20  yanvar  faciəsi  və  1992-ci il Xocalı  soyqırımı  demək olar ki,  bu faciələrin  pik nöqtəsi oldu.  
 

Heydər Əliyevin  keçmiş hadisələrə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində  qərarları və  deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümumilli  matəm  günü  kimi  qeyd edilib. Əslində bu,  azərbaycanlılara  qarşı törədilən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi  qiymət vermək cəhdi  idi. Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı   hadisələrinə  siyasi qiymət  vermək  borcunu tarixin  hökmü   kimi  qəbul  edir.  Məhz bütün bunları  nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı  Azərbaycanlıların  Soyqırımı günü” kimi qeyd  edilməsi haqqında fərman imzalamışdır.  Fərman  imzalandığı  vaxtdan  hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı  qurbanlarının  xatirəsi ehtiramla anılır.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş  etdirən  xalqımız  əmindir  ki, əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən  yaradılan müstəqil dövlətimizin  inkişafı  etibarlı əllərdədir.

Lətafət Beybutova Ələsgər qızı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri 

https://yazarlar.az/2023/03/31/heyd%c9%99r-%c9%99liyev-siyas%c9%99tind%c9%99-inc%c9%99-m%c9%99qamlar/

https://azpressmedia.az/news2125

“Heydər Əliyev ili” və 31 mart 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar Yasamal rayon 150 nömrəli tam orta məktəbdə “Azərbaycanlıların soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin əhəmiyyəti” adlı konfrans keçirilib.

Konfransda tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi,  Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi Sübhan Talıblı çıxış edərək azərbaycanlılara qarşı törədilmiş soyqırımlara siyasi və hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolundan danışıb. Konfrans zamanı məktəbin direktoru, tarix müəllimləri də çıxış edərək tarixən Azərbaycan torpaqlarında baş vermiş soyqırımlardan bəhs ediblər. Tədbirin sonunda mövzu ilə əlaqəli film nümayiş olunub.

2013-cü il 18 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışından...

“Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhərində tədbirlər davam edir.

“Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli azərbaycanlıların soyqırımı haqqında fərmanının tarixi əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Təhsil mərkəzinin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilmiş tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış zamanı natiqlər qeyd ediblər ki, azərbaycanlılara qarşı 1918-ci ildə baş vermiş soyqırımlarla bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli fərmanla bu hadisələrə siyasi qiymət verilib.
Bildirilib ki, XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara Ulu Öndər tərəfindən siyasi qiymətin verilməsi milli yaddaşın möhkəmləndirilməsində böyük rol oynayıb.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

“Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir

Növbəti tədbir Sumqayıt şəhər 26 №li tam orta məktəbinin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilib.Geniş məzmunlu məruzə ilə çıxış edən Kompleks əməkdaşı Səriyyə Abidova tədbir iştirakçılarını soyqırımı hadisələrini əks etdirilən kitab, foto-şəkillər, arxiv sənədlərinin surətləri və digər materiallarla da tanış edib. Məruzəçi qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanını əldə etməsi məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdı. Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı Azərbaycanlıların Soyqırımı günü” kimi qeyd edilməsi haqqında fərman imzalamışdır. Fərman imzalandığı tarixdən etibarən hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və hər azərbaycanlı tərəfindən soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır.