Azərbaycan Respublikasının həyata keçirdiyi ən mühüm beynəlxalq layihələrdən biri olan Cənub Qaz Dəhlizinin əsası 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə Yekun İnvestisiya Qərarının qəbul edilməsi ilə təşkil edilmişdir. Bu qərar Xəzər dənizində yerləşən Şahdəniz qaz yatağının ikinci mərhələsinin işlənməsini və böyük həcmdə təbii qazın hasilatını mümkün etdi. Cənub Qaz Dəhlizi Azərbaycan qazının Xəzər hövzəsindən Avropa bazarlarına təhlükəsiz və davamlı şəkildə çatdırılmasını təmin edən strateji enerji dəhlizidir və bir neçə mühüm beynəlxalq sazişə əsaslanır.
Azərbaycan və Türkiyə arasında bağlanan bu müqavilə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etmişdir. TANAP Gürcüstan sərhədindən başlayaraq Türkiyə ərazisindən keçərək Avropaya uzanır və həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Bundan əlavə, Cənub Qaz Dəhlizi çərçivəsində layihənin keçdiyi bütün ölkələrlə hökumətlərarası və ev sahibi ölkə sazişləri imzalanmışdır. Bu sənədlər boru kəmərlərinin tikintisi, istismarı, hüquqi və vergi məsələlərinin tənzimlənməsi baxımından mühüm rol oynayır və layihənin uzunmüddətli sabitliyini təmin edir. Cənub Qaz Dəhlizi layihəsi üzrə imzalanmış sazişlər Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmiş, ölkənin iqtisadi inkişafına və siyasi nüfuzunun artmasına əhəmiyyətli töhfə vermişdir.
Customer Feedback and Review Instagram Post Template
Dövlət Proqramı yalnız maddi irsin deyil, həm də qeyri-maddi mədəniyyət nümunələrinin muğamın, aşıq sənətinin, xalçaçılığın və folklor ənənələrinin yaşadılmasını prioritet kimi qarşıya qoydu. Beləliklə, Azərbaycan mədəniyyəti həm fiziki, həm də mənəvi aspektdən qorunmaq üçün geniş dövlət dəstəyinə sahib oldu.
Proqram çərçivəsində abidələrin inventarlaşdırılması, bərpası, konservasiyası, onların elektron bazada sənədləşdirilməsi, eləcə də mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi kimi mühüm işlər həyata keçirildi. Bu tədbirlər yalnız mədəni dəyərlərin qorunmasına deyil, həm də turizmin inkişafına, xalqın tarixi yaddaşının güclənməsinə və milli kimliyimizin daha aydın şəkildə təbliğinə şərait yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsi ilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq, 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX—XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə — 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə qərara alıram: 1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 26 mart 1998-ci il № 690
1994-cü ilin mayında imzalanmış Bişkek protokolu Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu sənəd Heydər Əliyevin diplomatik uğuru idi və dövlətin möhkəmlənməsi üçün vaxt qazandırdı. 1988-ci ildən başlayan Qarabağ münaqişəsi 1992–1994-cü illərdə ən qanlı mərhələsinə çatmışdı. Azərbaycan gənc müstəqil dövlət kimi böyük sınaqlarla üz-üzə qaldı. Torpaqlarımızın işğalı, yüz minlərlə qaçqın və məcburi köçkünlərin acı taleyi ölkənin üzərinə ağır yük kimi düşmüşdü. Müharibə həm insan itkisi, həm də iqtisadi böhran baxımından Azərbaycan üçün çox ağır nəticələr doğururdu. Belə bir şəraitdə beynəlxalq vasitəçilərin iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdə danışıqlar aparıldı. Bu görüşün nəticəsi olaraq 1994-cü il mayın 12-dən etibarən atəşkəs rejiminin tətbiq olunması barədə sənəd – Bişkek protokolu imzalandı. Bişkek protokolu Azərbaycan tarixində müharibənin gedişini dayandıran, xalqımıza gələcəyə hazırlıq imkanı verən, eyni zamanda ədalətin gec də olsa, bərqərar olacağına inamı diri saxlayan bir sənəd oldu.
Quba şəhərində «Soyqırımı memorial kompleksi» nin yaradılması haqqında Sərəncamı Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 167 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Quba şəhərində «Soyqırımı memorial kompleksi» yaradılsın. 2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın. 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri, 30 dekabr 2009-cu il № 673
Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq qərara alıram: 1. Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 sentyabr 2024-cü il
1994-cü ildə Azərbaycan ilə 11 beynəlxalq neft şirkəti arasında imzalanmış mühüm neft sazişidir. Bu müqavilə Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsini nəzərdə tuturdu və Azərbaycanın enerji sektorunda böyük dönüş yaratdı.
Müqavilənin imzalanmasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xüsusi rolu olmuşdur. O, 1993-cü ildə ölkənin siyasi sabitliyini təmin etdikdən sonra xarici investisiyalar üçün əlverişli şərait yaratdı və Azərbaycanın neft potensialını dünya bazarına çıxarmaq strategiyasını müəyyənləşdirdi. Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində ölkə neft sənayesində xarici şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığa başladı.
Əsrin Müqaviləsi ilə Azərbaycan həm neft sənayesini yeniləyərək iqtisadiyyatını gücləndirdi, həm də beynəlxalq enerji siyasətində öz mövqeyini möhkəmlətdi. Bu müqavilə Azərbaycanın müstəqil inkişaf yolunun əsas simvollarından biridir.