• office@soyqirim.az
  • (023)335-37-07
Qubada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə anım tədbiri təşkil olunub. / 16 January, 2025

Tədbir Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Kompleksin direktoru Dr Rəxşəndə Bayramova çıxış edərək, 20 Yanvar hadisələrinin tariximizdəki əhəmiyyətindən və xalqımızın qəhrəmanlıq mübarizəsindən danışıb. O qeyd edib ki, bu faciəyə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret olaraq qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Daha sonra həmin dövrün iştirakçısı, faciənin şahidi Şövqi Bünyatov çıxış edərək öz təəssüratlarını bölüşüb. Şövqi Bünyatov, həmin gecənin dəhşətlərindən bəhs edərək, xalqın birliyi və azadlıq ruhunun necə güclü olduğunu vurğulayıb. Şahid onu da vurğulayıb ki, 20 Yanvar hadisəsi Azərbaycanın tarixinə təkcə bir faciəvi günü kimi deyil, eləcə də xalqımızın azadlıq əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi də həkk olunub

Paylaş

Spread the love