8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbir, Avey qoruğunun elmi işçisi Rəna Qocayevanın moderatorluğu ilə baş tutub.
Vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan müxtəlif qoruqların əməkdaşları da iştirak etmişlər. Vebinarda Azərbaycan xalqının ən müasir tarixinin şanlı bayramlarından biri Zəfər Günü, Azərbaycanın tarixi irsi, vətənpərvərlik ruhu və bu istiqamətdə aparılan maarifləndirici fəaliyyətlər müzakirə olunub.
Tədbirdə çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdiyini bildirib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.