• qsmk@soyqirim.az
  • (023)336-37-07
2026-ci il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Avey qoruğunun abidələri: maddi-mədəni irsin sistemləşdirilməsi və mühafizəsi məsələləri” adlı vebinar keçirilib. / 16 April, 2026

 

Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Rəna Qocayeva vurğulamışdır ki, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində olan: arxeoloji və memarlıq abidələri, daşınan və daşınmaz tarixi və mədəniyyət abidələri qoruğun əsas mülkiyyəti hesab olunur. Bu ərazilərdə yüzlərlə qədim paleolt, mezeolit, eneolit, orta əsr, tunc, mis dövrlərinin və sonrakı tarixi əsrlərin mədəniyyət abidələri mövcuddur. Daha sonra çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları Ülkər Zeynalova və Səriyyə Abidova bildirmişlər ki, ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Qeyd edək ki, vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən qoruqların ümumilikdə 40-a yaxın əməkdaşı iştirak edib.

Paylaş

Spread the love