• qsmk@soyqirim.az
  • (023)336-37-07
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Quba Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Şəhərsalma və Memarlıq ili”nə həsr edilən ağacəkmə aksiyasında iştirak etmişlər. Soyqırımı Memorial Kompleksinin yaxınlığındakı ərazidə keçirilən aksiya çərçivəsində ətraf mühitin qorunması, yaşıllıqların artırılması və ekoloji tarazlığın təmin olunması istiqamətində mühüm addımlar atılıb. Aksiya iştirakçıları tərəfindən müxtəlif növ ağac tingləri əkilərək gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına töhfə verilib. / 18 April, 2026

Paylaş

Spread the love