Dəyərli professor Şahin Fazilin Soyqırımı Memorial Kompleksinə təqdim etdiyi “Soyqırımı” şeirini ilk dəfə olaraq fəal məktəbli Nəsirova Zenfiranın təqdimatında izləyicilərimiz üçün səsləndiririk.

Görkəmli tarixçi-şərq şünasalim, tarix elmləridoktoru, professor, ŞahinFaziloğlu Fərzəliyev Azərbaycan poeziyasının  ədəbi dilimizdə və ədəbiyyat tariximizdə  özünəməxsus bir iz qoymuş qəzəlxan-şairdir. İndiyədək şairin dörd divanı işıq üzü görmüş və beşinci divanı çap üçün nəşriyyata təqdim olunmuşdur.

Operational meeting was held under the President, Commander-in-Chief Ilham Aliyev at Central Command Post of the Ministry of Defense

 

President of the Republic of Azerbaijan, Commander-in-Chief Ilham Aliyev has today visited the Central Command Post of the Ministry of Defense.

Defense Minister Zakir Hasanov reported to President, Commander-in-Chief Ilham Aliyev.

An operational meeting was held under the President, Commander-in-Chief Ilham Aliyev at the Central Command Post of the Ministry of Defense with the participation of the Defense Ministry leadership and the commanders of the joined units located in the frontline zone.

Azərbaycan Ordusu bir sıra kəndləri də düşmən işğalından azad edib.

Bu barədə Prezident İlham Əliyev “Twitter” səhifəsində paylaşıb.

“Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”, – deyə paylaşımda bildirilib.

Visual evidence of Armenian atrocities.

In April 2007, a masssgrave was discovered in Guba during excavations.. During the research conducted by the Institute of Archeology and Ethnography of the Azerbaijan National Academy of Sciences, it was determined that the human bones found in the massgrave were civilians killed by the Armenian Dashnaks in 1918 and these people were killed with special cruelty and blunt instruments. Thus, the nails pierced into the skull found in the massgrave are preserved in the museum of the Complex as visual evidence of Armenian atrocities. In addition, weapons pertaining to 1918 are displayed in the museum.

İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş 9 kəndinin adını açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonu ərazisində işğaldan azad edilmiş yeni yaşayış məntəqələrinin siyahısını da açıqlayıb.

APA-nın məlumatına görə, dövlət başçısı bu gün xalqa müraciətində bəyan edib ki, Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Decal kəndlərini işğaldan azad edib

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin. 2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 sentyabr 2020-ci il.

Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin.

2. Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin.

3. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə:

3.1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin;

3.2. xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilsin.

6. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti