• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Soyqırımı və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirilib. / 29 Mart, 2023

Konfrans iştirakçıları ilk olaraq Soyqırımı abidəsini ziyarət edərək 1918-ci ildə qətlə yetirilmiş insanların xatirəsinə ucaldılmış abidənin üzərinə gül dəstələri düzüblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova soyqırımı cinayətlərinin qarşısının alınması məqsədilə 1948-ci ilin dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş konvensiya haqqında danışaraq bildirib ki, soyqırımı harada və necə baş verməyindən asılı olmayaraq bəşəri bir cinayətdir. Kompleksin direktoru həmçinin XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində soyqırımların törədildiyini, on minlərlə günahsız dinc əhalinin qətlə yetirildiyini, həmçinin baş vermiş bu soyqırımı hadisələrinə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini bildirib. Daha sonra Quba “ASAN xidmət” mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun nəzarətçisi Ülvi Məmmədov “Soyqırımların səbəbləri, bəhanələr və gerçəklər” mövzusunda çıxış edib. Kompleksin və xidmət mərkəzinin əməkdaşlarının çıxışları ilə davam edən tədbirin sonunda qonaqlar soyqırımı hadisələri ilə bağlı kitab və bukletlərdən ibarət sərgi ilə tanış olublar.

Paylaş

Spread the love