• office@soyqirim.az
  • (023)335-37-07
Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib. / 30 Mart, 2023

Konfransda tarix üzrə fəlsəfə doktoru, dosent, Quba şəhərində Soyqırımı Memorial Kompleksinin mütəxəssisi Sübhan Talıblı, Mərkəzin direktoru Naminə Ömərova, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə YAP partiya təşkilatının sədr müavini Fərid Mustafayev, AMEA Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aytən Rəhimli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və digər qonaqlar iştirak ediblər. Natiqlər azərbaycanlılara qarşı törədilmiş soyqırımların yerli və dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolundan, 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş vermiş soyqırımlardan, erməni vandalizmindən söz açıblar. Konfransın sonunda soyqırımı həqiqətlərini özündə əks etdirən film nümayiş olunub.

Paylaş

Spread the love