• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycanlıların soyqırımına siyasi-hüquqi qiyməti ilk dəfə Heydər Əliyev verdi

Azərbaycan tarixinin  Heydər Əliyev dövrü, tariximizin böyük inkişaf və  möhtəşəm   quruculuq  dövrüdür. Onun  rəhbərliyi  altında  əldə  olunan   uğurların ən mühümü  məhz qurub yaratdığı  müstəqil  Azərbaycan dövlətidir. Azərbaycanda  dövlət  quruculuğu dövlətçilik,  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılması,  iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlərin  qazanılması, coşqun  bir  tərəqqi  dövrü  məhz  Heydər  Əliyevin   uzaqgörən,  qətiyyətli  siyasəti nəticəsində   yaşanmışdır.  

Ötən əsrin 90-cı ilin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqının səsinə səs verən Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini  itirmək  təhlükəsindən  xilas  edərək dövlətin dayanıqlı siyasi və  iqtisadi  inkişaf  yolunu  müəyyən  etmişdir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini  yaratmaq  imkanını  əldə  etməsi məhz  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa  qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl  qiymətini  alırdı.  Azərbaycan və ümumən Qafqazın  tarixinin  təhrif  olunması  həmin  proqramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.  “Böyük  Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni   qəsbkarları  1905-1907-ci illərdə azərbaycanlılara  qarşı  açıq  şəkildə  geniş miqyaslı qanlı aksiyalar  həyata  keçirdilər.  1918-ci ilin mart  ayından etibarən əks-inqilabçı  ünsürlərlə   mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən  ümumən   Bakı  quberniyasını  azərbaycanlılardan   təmizləmək  məqsədi  güdən  mənfur  plan  həyata  keçirilməyə  başlandı.  Böyük  dövlətlərin  yeritdikləri  imperiya  siyasətinin  icraçısı olan  ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti  yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı  milli  mənsubiyyətinə  görə  məhv  edilərək  öz ata-baba  yurdlarından  didərgin salınmışdır.  Azərbaycanın qədim  yaşayış  məskənləri xarabalığa  çevrilmişdir. Sonralar  tarixi dovr 30-cu illərin  ağir  represiyaları  ilə  müşayət  olunaraq  Azərbaycanin ziyalı genofondunun  məhvinə  nail  olunmuş,  bunun  ardınca 1948-53-cü illər  azərbaycanlıların   kütləvi  deportasiya dalğası, 80-ci illərdən başlayaraq   Dağlıq   Qarabağ  probleminin  yenidən  süni  şəkildə  qızışdırılması,  1990-cı il  20  yanvar  faciəsi  və  1992-ci il Xocalı  soyqırımı  demək olar ki,  bu faciələrin  pik nöqtəsi oldu.  
 

Heydər Əliyevin  keçmiş hadisələrə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində  qərarları və  deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümumilli  matəm  günü  kimi  qeyd edilib. Əslində bu,  azərbaycanlılara  qarşı törədilən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi  qiymət vermək cəhdi  idi. Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı   hadisələrinə  siyasi qiymət  vermək  borcunu tarixin  hökmü   kimi  qəbul  edir.  Məhz bütün bunları  nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı  Azərbaycanlıların  Soyqırımı günü” kimi qeyd  edilməsi haqqında fərman imzalamışdır.  Fərman  imzalandığı  vaxtdan  hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı  qurbanlarının  xatirəsi ehtiramla anılır.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş  etdirən  xalqımız  əmindir  ki, əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən  yaradılan müstəqil dövlətimizin  inkişafı  etibarlı əllərdədir.

Lətafət Beybutova Ələsgər qızı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri 

https://yazarlar.az/2023/03/31/heyd%c9%99r-%c9%99liyev-siyas%c9%99tind%c9%99-inc%c9%99-m%c9%99qamlar/

https://azpressmedia.az/news2125

Paylaş

Spread the love