• office@soyqirim.az
  • (023)335-37-07
Məhəmməd Hadi
1879-cu ildə Şamaxıda anadan olan Məhəmməd Hadi XX əsr Azərbaycan şərqində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri olmuşdur. Keşməkeşli ömür sürən Məhəmməd Hadi türk, şərq, Avropa ədəbiyyatını və fəlsəfəsini dərindən mənimsəmiş, ədəbiyyat tariximizdə əsərləri ilə özünə layiqli yer tutmuşdur.
Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn şair yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə təsadüf edir. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. Qafqaz İslam Ordusunun baş qərargahı Gəncədə olan zaman Məhəmməd Hadi onların şərəfinə 13 iyun 1918-ci ildə “Qəhrəman türk əsgərlərinə” şeirini yazmışdır.
Şairin Cümhuriyyət dövründə yaradıcılığını əks etdirən “Türkün nəğməsi”, “Zəfəri-nəhayəyə doğru”, “Əsgərlərimizə-könüllülərimizə”, “Azərbaycan dövləti-növzadına”, “Vaxtın səsi və həyatın sözü” habelə başqa şeirləri və “İki simayi-siyasinin müharibə haqqında mütaliələri münasibətilə”, “Zərbeyi-inqilab”, “Ümid ilə yaşayın” adlı marş və hərbi vətənpərvərlik ruhlu məqalələri diqqəti cəlb edir.

Paylaş

Spread the love