Tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə.
22 yanvar 1920-ci ildə AXC-nin xarici işlər naziri F. X. Xoyski Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərərək bunları bəyan etdi: “Mən hökumətimdən məlumat aldım ki, yanvarın 19-da Ermənistan hökumətinin qoşunları, silahlı dəstələrlə birlikdə Zəngəzurdan Şuşa qəzası istiqamətində hücum əməliyyatlarına başlayıb , onların hərəkət yolu boyunca bütün müsəlman kəndləri məhv edilib, onlardan 9-u son günlər darmadağın edilib… görünən odur ki, hökumətlərinin müəyyən planını yerinə yetirən erməni qoşunları, sakinləri insanlığa sığmayan qırğınlara məruz qoyaraq müsəlman kəndlərini yenidən məhv etməyə başladılar. Ermənistan hökumətinin öz üzərinə götürdüyü öhdəliklərə bu cür məhəl qoymaması, artıq əldə edilmiş razılaşmaları tamamilə dəyərdən salması, mənim hökumətimi əminlikdən, yaranmış münasibətləri sülh danışıqları yolu ilə nizamlamaq imkanından məhrum edir…
Mənbə: Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlıların soyqırımı (1918-1920) Bakı – 2017 səh, 56-342