Tacikistan Respublikasının Prezident Aparatı, Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi, Yuxarı İqtisadiyyat Məhkəməsi və Dünya Bankının məsul əməkdaşlarından ibarət olan nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımlar barədə ətraflı məlumat verilmişdir.
Sonda ziyarətçilərə soyqırımı həqiqətlərini özündə əks etdirən bukletlər təqdim edilmişdir.